Bakıdan Vyana birbaşa uçuşlar başlayır

 

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Avropa istiqamətlərini sürətlə inkişaf etdirməkdə davam edir və mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.

LIVE.az life.az-a istinadla xəbər verir ki, Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni və tarixi mərkəzi hesab olunur.

Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri