Dünyada bir milyarda yaxın insan “Apple” şirkətinə pul ödəyir
- 05.02.2023, 16:33,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Apple” pullu xidmətlərinin auditoriyasının 935 milyon nəfərə çatdığını açıqlayıb.
Bu barədə “TechCrunch” məlumat yayıb.
Ödənişlər “iCloud”, “Apple Music”, “Apple TV+”, “Apple Arcade”, “Apple News+”, “Apple Fitness+”, “Apple One” və “Apple Pay” abunəçiləri tərəfindən həyata keçirilir.
Ötən ilin maliyyə ilinin birinci rübündə 20,8 milyard dollar gəlir əldə edib. Bu, 2021-ci ilin eyni dövründə şirkət 19,5 milyard dollar qeydə aldığı üçün illik müqayisədə 6% artım deməkdir. “iPhone” istehsalçısı həmçinin “Business Essentials”, “AppleCare”, “Tap to Pay” və “Apple Financial Services” kimi müəssisə xidmətləri təqdim edir.
“Apple” həmçinin qeyd edib ki, il ərzində “App Store” abunəçilərinin artımı on faiz təşkil edib. Bulud və ödəniş xidmətləri abunələr arasında əsas gəlir mənbəyinə çevrilib. Şirkət hər bir xidmət növündən əldə etdiyi dəqiq gəliri açıqlamayıb.