Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31000 ötüb

 
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 643 nəfərə çatıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

///

2023-02-12 13:14

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.

Live.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

///


2023-02-11 14:48

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20.000 ötüb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.

LİVE.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 80 088 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
///


2023-02-10 14:24

Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342-yə çatıb, 74 242 nəfər yaralanıb

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb.

Bbu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.

Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

///

2023-02-09 11:54

Türkiyədə zəlzələdə ölənlərin sayı 12 873-ə çatıb, 62 937 nəfər yaralanıb


Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.


////

2023-02-08 16:04

Türkiyədə zəlzələdə ölənlərin sayı 8574-ə çatıb, 49 133 nəfər yaralanıb



Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 49 133 nəfər yaralanıb.

Təbii fəlakət nəticəsində 6444 bina dağılıb.

///


Türkiyədə zəlzələdə ölənlərin sayı 4 500-ü keçib, 26 721 nəfər yaralanıb

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

///

2023-02-07 10:28


Türkiyədə zəlzələdə həlak olanların sayı 3000 nəfəri ötüb



Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer  məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb.
////


18:47  06.02.23

Türkiyədə zəlzələdə ölənlərin sayı 1498 nəfərə çatıb, 8533 nəfər yaralanıb




Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

"Live.az" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.


///


Türkiyədə zəlzələdə ölənlərin sayı 912-yə çatıb, 5385 nəfər yaralanıb



Türkiyədə zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb.

Bbu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb.

“Bu gecə saat 04:17-də son bir əsrdə yaşadığımız, 1939-cu ildə baş verən Ərzincan zəlzələsindən sonra ən dəhşətli zəlzələni yaşadıq. Zəlzələnin ocağı Kahramanmaraşda 7,7 bal gücündə, yerin 7 kilometr dərinliyində baş verib. Zəlzələnin ağır nəticə verdiyi ərazilərdə dəstəklər davam edir. Əsas diqqətimiz insanların xilas edilməsidir”, - Ərdoğan bildirib.


///

2023-02-06 11:06

Türkiyədə zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb


Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

//
Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Live.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.

Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.

///


Türkiyənin Malatya şəhərində 130 bina dağılıb, 100-dən çox yaralı var, 3 nəfərin meyiti isə dağıntılar altından çıxarılıb.

Bu barədə şəhərin valisi Hulusi Şahin deyib.

“Axtarış-xilasetmə əməliyyatları davam edir”, - şəhərin valisi vurğulayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri