Çempionlar Liqasının sonuncu təsnifat mərhələsinin ilk görüşləri baş tutub.
Live.az-ın məlumatına görə, azarkeşlər ötən gün 5 qarşılaşma izləyib.
Qazaxıstan təmsilçisi “Şaxtyor” doğma azarkeşləri önündə Şotlandiya klubu “Seltik”i qəbul edib.
Ev sahibi komanda rəqibi 2 cavabsız qolla məğlub edib.
Səfərdə PSV-nin qonağı olan “Milan” isə oyuna erkən qolla başlasa da, hesabı sona qədər qoruya bilməyib və meydandan bərabərliklə ayrılıb.
Portuqaliyada “Pakoş Fereyra”nın qonağı olan Rusiya təmsilçisi “Zenit” rəqibi darmadağın edib.
Çempionlar Liqası, pley-off mərhələsi (ilk oyunlar)
20 avqust
“Şaxtyor” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) - 2:0
Qol: Andrey Finonçenko, 12, Serges Xizniçenko, 77
“Lion” (Fransa) – “Real Sosyedad” (İspaniya) - 0:2
Qol: A. Qrizmann, 17, Seferoviç, 50
“Pakoş Fereyra” (Portuqaliya) – “Zenit” (Rusiya) - 1:4
Qol: A. Leo, 58 - R. Şirokov, 27, 60, 90 Deqra, 85 (avtoqol)
PSV (Hollandiya) – “Milan” (İtaliya) - 1:1
Qol: Tim Matavs, 60 - Əl Şaravi, 15
“Viktoriya” (Çexiya) – “Maribor” (Sloveniya) - 3:1
Qol: M. Çisovski, 8, Vladimir Darida,, Duris, 90
Qeyd edək ki, qalan 5 oyun bu gun keçiriləcək.