Türk müğənnilərin Bakı konserti təxirə salındı




Türkiyədə 3 mindən çox insanın həyatına son qoymuş zəlzələyə görə 7 günlük milli matəm elan olunub.

LIVE.az xəbər verir ki, bu səbəbdən ölkədə bayraqlar yarıya endirilib, müxtəlif mədəniyyət tədbirləri, konsertlər təxirə salınıb.

Bu təşəbbüsə Azərbaycan telekanalları da qoşulub, əyləncəli proqramların yayımını dayandırıb.

Bu günlərdə isə Bakıda bir neçə türk məşhurunun konserti gözlənilirdi.

Onlar arasında “Anadolu Ateşi” rəqs qrupu (8 fevral), Mahsun Kırmızıgül (12 fevral), Öykü Gürman (14 fevral) və Sertab Erener (14 fevral) var.

Təşkilatçıları verdiyi məlumata görə bu konsertlərin hamısı qeyri qeyri-müəyyən vaxtadək ertənənib.


   
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri