Ukrayna kəşfiyyatı: “Rusiyada iğtişaşlar başlayacaq”
- 09.02.2023, 12:41,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiyada iğtişaşlar başlayacaq”.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.
O bildirib ki, bu, Ukrayndakı Maydan hadisələri kimi mənalı etiraz yox, iğtişaş olacaq: “Çünki Rusiyada vətəndaş cəmiyyəti yoxdur”.
A.Yusovun sözlərinə görə, iğtişaşların başlanması zaman məsələsidir: “İğtişaşlar rejimin dəyişməsi və yenidən formalaşmaə ilə başa çatacaq”.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bir müddət əvvəl bildirmişdi ki, müharibədən sonra Rusiya parçalana bilər.