Qızılın qiyməti 1900 dollar səviyyəsində sabitləşib


Qızılın bir unsiyasının qiyməti 1900 dollar səviyyəsində sabitləşib.


LIVE.az birjalara məlumatlarına əsasən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,03 % və ya 0,65 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1891,35 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,12 % artaraq 1 unsiyası 22,448 ABŞ dolları təşkil edib.


İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) siyasətinin perspektivlərini qiymətləndirməkdə davam edirlər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri