“Avroviziya-2003”ün qalibi, populyar müğənni Sertap Erenerin təxirə düşmüş Bakı konsertinin tarixi açıqlanıb




“Avroviziya-2003”ün qalibi,  populyar müğənni Sertap Erenerin təxirə düşmüş Bakı konsertinin tarixi açıqlanıb.

LIVE.az-a verilən məlumata görə, Türkiyədə baş verən dəhşətli zəlzələyə görə vaxtı dəyişdirilən tədbir 9 martda keçiriləcək.

“Aşk”, “Umrumda değil”, “İyileşiyorum”, “Bu böyle”, “Koparılan çiçekler” kimi sevgi mahnılarının ifaçısı azərbaycanlı pərəstişkarları üçün iki saatlıq özəl çıxış edəcək.  

Türk ulduz tədbirdən əldə etdiyi gəlirin bir hissəsini zəlzələdən zərərçəkənlərə bağışlayacaq.

“KEvents” və “Peachline”nın təşkilatçılığı ilə keçiriləcək gecə üçün biletlər 10-250 AZN arasında dəyişir.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində həyata keçməsi planlaşdırılan konsert 14 fevral - sevgililər günündə olmalı idi.

Onu da xatırladaq ki, bu, Sertap Erenerin Azərbaycana ilk gəlişi olacaq.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri