Ceyhun Bayramov Kahramanmaraşda FHN-in mobil səhra hospitalında olub
- 11.02.2023, 14:49,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Kahramanmaraş şəhərindəki Mobil səhra hospitalına gəliblər.
Hər iki nazir hospitalda yaradılmış şəraitlə yaxından tanış olublar.
Daha sonra Bayramovla Çavuşoğluna mobil səhra hospitalında xəstələrə göstərilən yardımlar barədə məlumat verilib.
Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.
Report