Dağıntılar altından çıxarılan Gülşənlə Jalə Azərbaycana gətirilib

 

Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr - Gülşən və Jalə Cəfərova bacıları ölkəyə gətirilib.

LİVE.az xəbər verir ki, bu barədə APA-ya tələbələrin atası Mübariz Cəfərov məlumat verib.

M. Cəfərov deyib ki, qızları hazırda yaşadıqları Gədəbəy rayonunun İnəkboğan kəndindədirlər:

“Bütün səlahiyyətli şəxslərə minnətdarıq. Hər iki qızımı sağ-salamat evə gətiriblər. Gülşənlə Jalənin ümumi vəziyyəti yaxşı olsa da, hələ də aldıqları travmadan əziyyət çəkirlər. Yegənə istədiyimiz budur ki, xəstəxanaların birində tam müalicə olunmasına köməklik gostərilsin”.

Qeyd edək ki, Jalə və Gülşən Cəfərova Kahramanmaraşda baş verən zəlzələ zamanı dağıntılar altında qalıblar. Onlar ərazidəki sakinlərin köməyi ilə xilas ediliblər. Gülşən Cəfərova Kahramanmaraş Sütçü İmam Universitetinin, Jalə Cəfərova isə Kırşehir Ahi Evran Universitetinin tələbəsidir. Bacılar zəlzələ baş verən vaxt birlikdə olublar.


Şərhlər
Sosial bölməsinin xəbərləri