İspaniyanın 258 milyon avroluq yeni qatarları tunellərə yerləşmədi
- 12.02.2023, 17:04,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniyada ölkənin dəmir yolu şəbəkəsi tunellərindən keçmək üçün çox böyük olan qatarların hazırlanmasına 258 milyon avro xərclənib.
Kobud səhv ifşa edildikdən sonra İspaniya dəmir yolu şirkətinin iki nəqliyyat müdiri vəzifələrindən uzaqlaşdırılıb.
Məlumata görə, ölkənin milli dəmir yolu operatoru “Renfe” 2020-ci ildə 31 şəhərətrafı qatar sifariş edib. Onunla yanaşı, layihəni dəmir yolu infrastrukturunun meneceri “Adif”, Bask avtomobil istehsalçısı CAF və Dəmir Yolu Nəqliyyatında Təhlükəsizlik üzrə Dövlət Agentliyi (AESF) həyata keçirib. Məqsəd Asturiya və Kantabriya bölgələrində xarab olan qatar parkını əvəz etmək olub.
“Renfe” ölçmələrin “Adif”ə təqdim edilən infrastruktur spesifikasiyası əsasında aparıldığını bildirib. İstehsalçının səhv barədə dəmir yolu operatoruna 2021-ci ilin martında məlumat verdiyi də ortaya çıxıb.
Qeyd edək ki, Kantabriya bölgəsinin dəmir yolu şəbəkəsi 19-cu əsrə aiddir. Yol boyu müasir standartlara cavab verməyən müxtəlif ölçülü tunellər var.
Dəmir yolu parkının yenilənməsinin 2024-cü ildə başa çatdırılması planlaşdırılırdı. İndi çox güman ki, bu, yalnız 2026-cı ilədək mümkün olacaq.
Mənbə: mk.ru, oxu.az