Bloomberg: Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu ziyan 84 milyard dolları keçə bilər
- 13.02.2023, 00:27,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyədə baş verən zəlzələlər ölkə iqtisadiyyatına 84 milyard dollar və ya ÜDM-in təxminən 10%-i həcmində ziyan vurub.
Bu barədə “Bloomberg” agentliyi Sahibkarlar Konfederasiyasının və ölkənin işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən xəbər verir.
Biznes qrupunun məlumatına görə, Türkiyədə yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Zəlzələlərin nəticələri həm də ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına gətirib çıxarıb. Əmək itkiləri isə Türkiyə iqtisadiyyatına 2,9 milyard dollar ziyan vuracaq.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Report