Azərbaycanda əhalinin yanacaq xərcləri 7%-dən çox artıb
- 13.02.2023, 12:38,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 205,3 mln. manat xərclənib.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu göstərici 2021-ci ilin göstəricisini 7,2% üstələyir.
Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 768,7 mln. manat xərclənib, bu göstərici 2021-ci ilin göstəricisini 7,9% üstələyir.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.