Bu ilin martın 1-dək inşa edilən və təhlükəsizlik tələblərinə dair rəyi olan tikinti obyektlərinin istismarına icazə veriləcək


Bu il martın 1-dək inşa edilmiş, etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

Bununla bağlı "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən etdiyi hallarda və qaydada tikintisi Məcəllənin tələblərinə uyğun aparılmamış, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılacaq. Daha sonra parlamentin plenar iclasında müzakirə olunacaq.




Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri