Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İES-nin təməlqoyma mərasimi keçirilib



Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.


Mərasimdə yeni inşa olunacaq İstilik Elektrik Stansiyası barədə videoçarx nümayiş etdirilib.


Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın təməlini qoyublar.


Sonra İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marino və Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye çıxış etdilər.

Sonda birgə foto çəkdirilib.


Şərhlər
Siyasət bölməsinin xəbərləri