Azərbaycan sitrus meyvələrinin ixracını 10 dəfəyədək artırıb
- 15.02.2023, 14:07,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2023-cü ilin yanvar ayında Azərbaycandan 678,6 ton həcmində sitrus meyvələri ixrac olunub.
LIVE.az Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu, 2022-ci illin müvafiq dövrü ilə müqayisədə 9,9 dəfə çoxdur.
Qeyd edilir ki, Azərbaycandan 475,5 min ABŞ dolları dəyərində sitrus müyvələri ixrac olunub.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Aylıq xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb.