Bakıda “Evdə qalmış” filminin təqdimatı izdihamla keçib





“Park Cinema” Alov Qüllələrində “Evdə qalmış” filminin təqdimatı keçirilib.

LİVE.az life.az istinadla  xəbər verir ki, gecədə filmin baş rol ifaçıları Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, aktyorlar Şəhriyar Əbilov, Kəmalə Piriyeva, Sanura Cəfərova, Kənan Yusifov və başqaları iştirak edib.

Film nümayişindən öncə qardaş ölkə Türkiyədə baş vermis zəlzələdə həlak olanların xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

Ümumilikdə gecədə 600 nəfərdən çox izləyici iştirak edib, film insanlar tərəfindən böyük marağla qarşılanıb.

Filmin rejissoru Valeh Əhmədov kino sahəsində çalışan həmkarlarına müraciət edib: “Kino sahəsində çalışan dostlarımıza təklif edirəm ki, hər zaman bir birimizə dəstək olaq, biz bir-birimizə dəstək olmasaq kinematoqrafiyamız inkişaf etməyəcək. Mən hər zaman həmkarlarıma dəstək olmağa hazıram, onlardan da bu dəstəyi gözləyirəm”

Baş rollardan birini canlandıran aktrisa Həmidə Ömərova film haqqında təəssüratlarını bölüşüb: “Filmdə çəkiləndə nəticənin necə olacağını bilmirdik, amma hər kəs bütün çəkiliş heyəti böyük həvəslə çalışırdı və nəticədə isə həqiqətəndə gözəl bir iş ortaya çıxartdıq. Ümid edirəm ki, tamaşaçılarda filmi bəyənəcəklər”.

Ekran işində əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə 30 yaşına qədər evlənməlidir. Qonşunun, qohum-əqrəbanın “Evdə qalmısan?”, “A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır.  

Qeyd edək ki, ekran işində Firuzə Balayeva, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb. Filmin quruluşcu rejissoru Valeh Əhmədovdur.


Tədbirdən şəkillər:











 

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri