Türkiyənin rəqs sultanları “Anadolu Ateşi" Bakıda çıxış etdi

 

19 fevral Bakıda “Baku Crystal Hall”un səhnəsində əfsanəvi “Anadolu atəşi” rəqs qrupunun konserti baş tutdu.

Live.az xəbər verir ki, ölkəmizə təşrif buyuran rəqs qrupu həmişə olduğu kimi bu dəfə də Bakı sakinlərinin ürəyini fəth edə bildi. 

Proqram “Bayatı-Şiraz”ın müşayiəti ilə Mərsiyə nömrəsiylə başladı.

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələyə həsr olunan nömrədə həm həlak olanlar, həm də onlar üçün üzülən yaxınları canlandırıldı. Səhnədəki böyük monitorda isə dağılmış şəhərlərin görüntüləri əks olundu. 

"Anadoli atəşi" Cristal Hallun səhnəsində qədim və müasir türk rəqslərini nümayiş etdirdi. Qrup çıxışında tarixin müxtəlif mərhələlərini rəqslərlə canlandırdı.

Gecədə Qafqaz xalqlarının rəqs mədəniyyətinədə xüsusi yer ayrıldı. 

Rəqslərdə Xeyir və Şərin mübarizəsi, dostluğun, bərabərliyin nümayişi öz əksini tapmışdı.

Kollektiv öz şousunda solo nömrələri, kütləvi dramatik səhnələri, "canlanan" dekorasiyaları və qədim əfsanələrin oxunuşlarını birləşdirdi.

Hər bir rəqs nömrəsi peşəkar şəkildə səhnələşdirilmişdi və tamaşaçıların zövgünə oxşadı. 

Xatırladaq ki, 2002-ci ildə qastrol səfərinə başlayan komanda bütün dünyanı gəzir. Şounu 45 ölkədə 106 milyondan çox tamaşaçı izləmişdi. Yeni Zelandiya, Cənubi Koreya, ABŞ, Almaniya, Fransa, İspaniya, İtaliya, Azor adaları, Meksika, Yaponiya, Çili, Çin bunlardan yalnız bir neçəsidir.

 Rəqs qrupu “Ginnesin rekordlar kitabı”na daxil edilib, həm də iki dəfə qeyd olunub: ən sürətli ifa (dəqiqədə 241 pa) və tamaşaçı sayına görə (Türkiyənin Ereğli şəhərində 400 min tamaşaçı).

Qeyd edək ki, "Anadolu Ateşi" qrupun rəqqasları və Qaziantep məktəbin müəllimləridə zəlzələdən zərər çəkib. 

Qrup və qrupun bədii rəhbəri Mustafa Erdoğan təbii fəlakət baş verdiyi gündən zəlzələ qurbanlarına maddi və mənəvi yardım edir. 

 Bakı konsertindən əldə olunan bütün gəlir zəlzələdən zərər çəkənlərə ianə ediləcək.







 

Günel Həsənova
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri