Vitse-prezident: "AZAL tarixində ilk dəfə maliyyə ilini xalis mənfəətlə başa vurub"
- 24.02.2023, 13:08,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tarixində ilk dəfə olaraq ötən ili ilkin nəticələrə görə beynəlxalq maliyyə standartlarına əsasən xalis mənfəətlə başa vurub.
LİVE.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev deyib.
"2022-ci il maliyyə nəticələrinə görə AZAL üçün uğurlu olub. Həm xarici, həm də yerli kreditorlar qarşısında bir çox öhdəliklər icra olunub", - S. Rzayev bildirib.
Onun sözlərinə görə, hava gəmisi parkının genişləndirilməsi və yenilənməsi ilə bağlı ötən il alınan “Airbus A320Neo” tipli 3 hava gəmisi üçün daxili vəsaitlər hesabına ilkin ödənişlər və komissiya məbləğləri ödənilib.