Artıq 3 ilə yaxındır ki, davam edən "Mənim atam qəhrəmandır!" layihəsinin himni yazılıb.
Live.az xəbər verir ki, bəstənin sözləri Xanım İsmayılqızına, musiqisi layihənin rəhbəri Cəlal Qurbanova, aranjemanı Rəşad Bağırova məxsusdur.
Mahnını müğənni Zamiq Hüseynov şəhid övladları ilə birlikdə ifa edib. Şəhid övladları tezliklə himnin klipinə də çəkiləcəklər.
Qurbanov öz sosial şəbəkə statusunda layihə ilə bağlı fikirlərini bildirib: "Əminəm ki, bu anlamlı layihə "Mənim atam qəhrəmandır" çətiri altında birləşən hər kəsin ürəyincə olacaq". Onun sözlərinə görə, bu layihədə indiyədək 2000-dən artıq şəhid ailəsi iştirak edib. "Layihə tezliklə bütün regionlarda da davam etdiriləcək".