Sibel Can 8 mart konserti Bakı Konqres Mərkəzində baş tutacaq



Məşhur sənətçi Sibel Can Dünya Qadınlar günündəki Azərbaycan konsertinin gəlirini zəlzələ qurbanlarına bağışlayacaq.

Müğənninin konserti 8 mart Bakı Konqres Mərkəzində baş tutacaq. 

Sibel Can bu dəfə tədbirdən əldə etdiyi qazancı AFAD-a bağışlayacaq. 

Bu barədə danışan ifaçı “Kədərimizin çarəsizliyq çevrilməməsi üçün həmrəyliyə ehtiyacımız var”, - deyə, vurğulayıb. Musiqili proqram zamanı ifaçı böyük orkestrla birlikdə sevilən ifalarını səsləndirəcək.

Qeyd edək ki, tədbir "Peachline" və "Kevents Group"un təşkilatçılığı ilə baş tutacaq.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri