Qazaxıstanlı nazir: "Xəzərdə suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir”
- 09.03.2023, 17:24,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Xəzər dənizində bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzər dənizində suyun səviyyəsinin 9-30 metr azalacağı gözlənilir”.
Bunu Qazaxıstanın İnformasiya və Sosial İnkişaf naziri Darxan Kidirali X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, Qazaxıstan hər zaman sülhün tərəfindəndədir: “Təəssüflər olsun ki, bu gün qida təhlükəsizliyi məsələsi də ortaya çıxıb”.
Onun sözlərinə görə, dünyada hazırda bir çox təhlükələr yaşanmaqdadır: “Bu yaxınlarda qardaş Türkiyədə zəlzələlər oldu. Həmin zəlzələ nəticəsində bir çox insanlar həyatını itirdi. Xəzər dənizində də bir çox təhlükələr var. Yaxın gələcəkdə Xəzərin suyunun 9-30 metr azalacağı gözlənilir. Bu da 5 ölkə üçün də təhlükədir”.
Report