Avropa İttifaqının Nümayəndəliyi Beynəlxalq Qadınlar Gününü qeyd edib



9 mart Avropa İttifaqının Azərbaycan nümayəndəliyi Bakıda  “Qadın böyük qüvvədir” kampaniya  çərçivəsində Beynəlxalq Qadınlar Günü münasibətilə ziyafət təşkil edib.Tədbirdə Avropa İttifaqının, həmçinin Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri və ölkəmizin tanınmış qadınları iştirak ediblər.

“Hər yerdə cəmiyyətlərə böyük təsir edən qadınlarla rastlaşırıq və Azəybaycan bu baxımdan istisna ölkə deyil.

Avropa İttifaqı, kampaniyamızın simasına çevrilmiş, müxtəlif sahələri təmsil edən, qüvvəti ilə digərlərini ruhlandıran 27 Azərbaycan qadını ilə tərəfdaşlıq ruhunda Beynəlxalq Qadınlar Gününü qeyd etməkdən qürur hissi keçirir. Avropa İttifaqı Azərbaycanda qadınlara fayda verən və nəticələrindən böyük qürur hissi keçirdiyimiz bir neçə layihəyə dəstək verir. Bu qadınlardan bəzilərini bu gün özünüz eşidəcəksiniz”, - Avropa İttifaqının Azərbaycanda səfiri Petr Mixalko bildirib.

 Tədbir zamanı səfir Mixalko kampaniyada iştirak edən, mədəniyyət, təhsil, idman, vətəndaş cəmiyyəti, işgüzar dünya, səhiyyə sahələrində fəaliyyət göstərən, həmçinin kişilərin hökmranlıq etdiyi pilot və mühafizəçi peşələrinə yiyələnmiş qadınları təbrik etmişdir. “Bəxtimiz gətirib ki, bu kampaniyanın siması olan 27 qadından bəziləri bu gün bizimlədir. Bu qadınlar təkcə gördükləri iş və kampaniya zamanı verdikləri ismarışlarla bizi ruhlandırmamışdır. Onların gələcək nəsilləri də şövqə gətirəcəklərindən, qarşıdan gələn illər ərzində gənc Azərbaycan xanımları və qızları üçün bir örnək olacaqlarından əminik”, - deyə səfir Mixalko vurğulamışdır.

Qadın özünün gücünü hiss edəndə və yaşadığı cəmiyyət onun gücünə inananda daha güclü və möhtəşəm olur”, - deyə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihəyə xeyir-dua verib və onun uğurla aparılması üçün hər cür dəstək verməyə hazır olduğunu bildirib. O, Avropa İttifaqının həyata keçirdiyi siyasət və proqramların vasitəsilə cəmiyyətin bütün sahələrində qadınların tam iştirak etməsinə, həmçinin qadınlar üçün təhsil və məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. Komitə sədri Azərbaycan qadınlarının gücünü, potensialını nümayiş etdirən layihəyə xeyir-dua verib.

Sosial layihə elementlərinin təqdimatı və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin benefisiarları, eləcə də sosial layihədə iştirak edən qadınların çıxışlarından ibarət tədbirdə videoçarxlar nümayiş olunub, layihə iştirakçılarına və könüllülərə sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkilib.

 Tədbir şəbəkə yaratmaq üçün əla bir imkan olmaqla nəinki kampaniyanın simaları, ümumiyyətlə, Azərbaycanda bütün qadınların nailiyyətləri qeyd etmək şəraitini təmin etmişdir.












 
Şərhlər