"Bu şəhərdə"-nin  "...əkkiz mart" konserti baş tutub




Aparıcılığını Saleh Bağırovun etdiyi gecəni izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları, alimlər, ictimai xadimlər, qazilər, şəhid ailələri var idi.

Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər.
 
Onların arasında - "Məktəbdə iclas", "Restoranda görüş", "Milyonların şousu - Milyonçu verilişi".

Rafael və Coşqunun mərhum sənətkarlara-  Zöhra Avdullayevaya və Məmmədbağır Bağırzadəyə etdikləri parodiyaları hamının zövgünə oxşadı.

 "Star band" və "Virtuoz Dance" qrupun çıxışları gecəyə xüsusi rəng qatdı.

Konsertin sonunda Rafael İsgəndərov ənənəyə sadiq qalaraq  Sirtuş Çölçəmənli obrazını canlandırdı.
 
"Bu şəhərdə"nin "...əkkiz mart" konserti böyük anşlaqla keçdi.

17 ,18 və 19 noyabr Heydər Əliyev sarayında "Bu şəhərdə"nin növbəti konsertləri baş tutacaq, biletlər artıq satışdadı.






Şərhlər
Şou-biznes bölməsinin xəbərləri