Yuşşenko: "Azərbaycan xalqının bəxti gətirib ki, onların Heydər Əliyev kimi lideri olub"
- 12.03.2023, 15:23,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azərbaycanın ümummilli lideri Heydər Əliyev ən çətin işin - millətin formalaşmasının öhdəsindən gəldi".
Bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının bəxti gətirib ki, onların lideri ən çətin vaxtlarda hər məsələdə balansı qorumağı bacaran Heydər Əliyev olub.
O qeyd edib ki, Ukrayna Mərkəzi Bankının rəhbəri olarkən Heydər Əliyevi Ukraynada qəbul etmək şərəfinə nail olub və Azərbaycanın ilk milli valyutasının çapına dair əmr alıb.
Report