“Fənərbaxça” İstanbulda “Arsenal”a böyük hesabla uduzub
- 22.08.2013, 10:10,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çempionlar Liqasının son təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ikinci oyun günündə daha 5 görüş baş tutub.
Azərbaycanlı azarkeşlərin də maraqla gözlədiyi matç İstanbulda keçirilib. Türkiyənin “Fənərbaxça” klubu doğma azarkeşləri önündə İngiltərə nəhəngi “Arsenal”ı qəbul edib. Güclü rəqibi qarşısında çətinlik çəkən “sarı bülbüllər” meydandan 3:0 hesabı ilə məğlub ayrılıb. Bununla da İstanbul klubu mərhələ adlamaq şansını çətinə salıb.
Günün digər oyunlarında isə "Avstriya" və "Bazel" səfərdə qalib gəlib, "Şalke" ilə "Styaua" isə evdə heç-heçə edib.
Qeyd edək ki, cavab görüşlər avqustun 27 və 28-də baş tutacaq.
"Dinamo" (Zaqreb, Xorvatiya) – "Avstriya" (Avstriya) 0:2
Leovak, 68, Stankoviç, 75
"Fənərbaxça" (Türkiyə) – "Arsenal" (İngiltərə) 0:3
Gibbs, 51, Aron Remzi, 64, Olivye Jiru, 77 (pen.)
"Ludogorets" (Bolqarıstan) – "Bazel" (İsveçrə) 2:4
Marselo, 23, Stoyanov, 50 - Salah, 12, 59, Sio, 64, Şar, 84 (pen.)
"Şalke" (Almaniya) – PAOK (Yunanıstan) 1:1
Farfan, 32 - Miroslav Stok, 73
"Styaua" (Rumıniya) – "Legia" (Polşa) 1:1
Piovassari, 34 - Koseçki, 53