Nazir: "Azad edilən ərazilərdə yaradılacaq yeni nəqliyyat dəhlizləri bölgə ölkələri üçün faydalı olacaq"


“Azad edilən ərazilərdə yaradılacaq yeni nəqliyyat dəhlizləri bütün bölgə ölkələri, o cümlədən Ermənistan üçün də faydalı olacaq. Bir sözlə, həmin dəhlizlər hər kəs üçün faydalı olacaq”.

Bu fikirləri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

O, hazırda azad edilən ərazilərdə dəmiryollarının və magistral yolların tikintisinin davam etdirildiyini vurğulayıb: “Biz bu dəhlizin hər kəs üçün faydalı olacağından əminik. Bu dəhlizlər təkcə Avropa üçün yox, bölgə üçün də çox faydalı olacaq”.


///

"The new transport corridors to be created in the liberated areas will be useful for all the region's countries, including Armenia. In a word, those corridors will be useful for everyone," Minister of Digital Development and Transport of Azerbaijan, Rashad Nabiyev, said in his speech at the next panel meeting on "The role of new energy and transport corridors in Eurasian zone" within the X Global Baku Forum.


He emphasized that railways and highways are being constructed in the liberated areas.


Minister: New transport corridors to be created in liberated areas will be useful for region's countries






Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri