Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgül Bakıda möhtəşəm konsert verib
- 13.03.2023, 15:12,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin sevilən müğənnisi, aktyor, rejissor, ssenarist və bəstəkar Mahsun Kırmızıgül 17 illik fasilədən sonra Bakıda solo konsert proqramı ilə çıxış edib. Gecə Мartın 12-də Bakı Konqres Mərkəzində baş tutub.
LIVE.az xəbər verir ki, konsertdə Türkiyədəki zəlzələ qurbanları 1 dəqiqəlik sükutla yad edilib.
İfaçı Prezident İlham Əliyevə və xalqımıza Türkiyəyə dəstək olduğu üçün təşəkkürünü bildirib: "Acımız çox böyükdür. Çoxlu itkilərimiz var. Öz adımdan yardım və dəstək üçün Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm. Fəlakət bölgəsində olduğum müddət ərzində azərbaycanlı xilasedicilərlə görüşdüm, onlarada çox minnetdaram”.
“Annem-annem” mahnısını oxuyan zaman, müğənni göz yaşlarını saxlaya bilməyib. Böyük ekranda həmən mahnını ifa edən azərbaycanlı şəhid Anar İsrəfilovun görüntüləri nümayiş olunub. M.Kırmızıgül şəhidin atası və övladlarını səhnəyə dəvət edərək, şəhidin hər iki övladının təhsil haqlarını qarşılayacağını bildirib.
Konsertdə M.Kırmızıgül dostu, azərbaycanlı iş adamı Mübariz Mənsimovu yada salıb və ona “Dağlar oy” mahnısını ithaf edib.
Konsertdə “Belalım”,"Dinle"," Sevdigim", "Vefasız", "Sarı, sarı", "Yıkılmadım" və digər sevimli ifalar səslənib.
Böyük anşlaqla keçən konsert hamının zövgünə oxşayıb.
Konsert "Anadolu Events"in təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, Mahsun Kırmızıgül konsertdən əldə edilən gəliri Türkiyədə zəlzələdən zərərçəkənlər üçün AFAD-a ianə edəcək.