Paşinyan: "Azərbaycan Ermənistanın təkliflərinə cavab verib"
- 14.03.2023, 14:52,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Ermənistanın təkliflərinə cavab verib.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında məlumat verib.
"Rəsmi Bakı fevralın ortalarında İrəvanın təqdim etdiyi sülh danışıqları üzrə mətnə iki gün əvvəl cavab verib", - o vurğulayıb.
N.Paşinyan həmçinin bildirib ki, İrəvanla Bakı arasında razılaşma effektiv olmalıdır.
Qeyd edək ki, fevralın 16-da keçirdiyi mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh və münasibətlərin normallaşması haqqında saziş layihəsinin növbəti mərhələsinin işini başa çatdırdıqlarını bildirmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın sülh sazişi layihəsinə Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi üçün beynəlxalq mexanizmin yaradılması ilə bağlı bənd daxil etmək niyyətini rədd edərək bunu Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Azərbaycan bildirib ki, Ermənistan bu sənədlə regionda sülhün bərqərar olmasında maraqlı olmadığını nümayiş etdirib: “Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı Praqa və Soçi razılaşmalarına zidd olaraq hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib”.
Report