Şahin Bağırov: "Gömrükdə rəqəmsallaşmanı artırmaqla tranzit prosedurunu sadələşdirmək istəyirik"


Gömrük-keçid məntəqələrində rəqəmsallaşmanı artırmaqla tranzit prosedurunu sadələşdirmək istəyirik.

Bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Bakıda keçirilən Transxəzər Beynəlxalq nəqliyyat Şərq-Qərb Dəhlizi boyu "bir pəncərə" prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi (Data pipeline) üzrə çoxtərəfli görüşdə çıxışı zamanı deyib.

Ş.Bağırovun sözlərinə görə, rəqəmsallaşma həm regional, həm də qitələrarası yükdaşımalara müsbət təsir edəcək.

Tədbirdə çıxış edən "TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev isə yükdaşımaların sadələşdirilməsi üçün yaradılan şəraitə görə, Dövlət Gömrük Komitəsinə təşəkkür edib:

"Biz hesab edirik ki, çoxtərəfli əməkdaşlıq olmasa yükdaşımalarda sadələşməyə nail olmaq mümkün olmaz. Hesab edirəm ki, bu baxımdan bir sıra məsələlər də həll edilməlidir. Xüsusən də gömrük-keçid məntəqələri arasında informasiya mübadiləsinin edilməsi vacibdir. Təbii ki, bu tranzit yükdaşımalara daha az vaxt sərf edilməsinə şərait yaradacaq.

Gömrük-tranzit prosedurlarının sadələşdirilməsi zamanı milli maraqlarla yanaşı regionda olan ölkələrin maraqları da nəzərə alınmalıdır. Həmçinin beynəlxalq konvensiyaların tələblərindən də çıxış edərək sadələşməyə gedilməlidir. TRACECA olaraq sizə dəstək verməyə hazırıq".





Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri