Məmməd Abbasbəyli: "Rəqəmsallaşma həllərinin artırılması üzərində fəaliyyətimizi gücləndirmişik"
- 16.03.2023, 13:36,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti rəqəmsallaşma həllərinin artırılması üzərində fəaliyyətini gücləndirib.
Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "İSO 37001: 2016 Korrupsiyaya qarşı mübarizə idarəetmə sisteminə dair" tədbirdə deyib.
M.Abbasbəyli bildirib ki, hazırda dövlət rəqabət portalının hazırlanması başa çatmaq üzrədir: "Eyni zamanda keyfiyyət portalının da hazırlanmasına başlanılıb və qısa müddətdə başa çatdırılacaq".
Dövlət Xidmətinin rəisi korrupsiya ilə mübarizə üsullarından da danışıb:
"Korrupsiya ilə mübarizə məqsəd deyil, dayanıqlı inkişaf üçün bir alətdir. Rəqabətli mühitin formalaşması vacibdir. Korrupsiyanın da qarşısının alınmasının əsaslarından biri açıq, şəffaf və rəqabətli mühitin formalaşmasıdır. Korrupsiyaya qarşı mübarizə situativ olmamalıdır, sistemli mübarizə olmalıdır. Korrupsiyaya qarşı sistemli mübarizənin elementləri idarəetmə sistemlərinin təkmilləşməsindən ibarətdir. Bu həm sahibkarlıq subyektlərinin, həm də dövlət qurumlarının fəaliyyətinin idarəedilməsində olmalıdır. Dövlət orqanlarının fəaliyyətinin əsasında qanunvericilik bazası durur. Bu normativ bazanın mütəmadi təkmilləşdirilməsinə ehtiyac var. Artıq Rəqabət Məcəlləsinin də təsdiqlənməsi son mərhələdədir. Digər tərəfdən hesabatlılığın da təmin edilməsi mütləqdir".
Report