TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib

  


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.

LIVE.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı Fövqəladə Zirvə görüşündə çıxış edib.

Daha sonra çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə, Azərbaycana və TDT-nin sədri Özbəkistana təşəkkürünü bildirib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşünə yekun vurub.

Sonda Ankara Bəyannaməsi və digər sənədlər imzalanıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri