ABAD”da “Ənənəvi Novruz” adlı festival keçirilib
- 17.03.2023, 15:29,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
16 mart tarixində artıq ənənəyə çevrilmiş və tarixi Haci Bani hamamında yerləşən “ABAD” etno-butikində növbəti “Ənənəvi Novruz” adlı festival keçirilib.
“ABAD” tərəfindən sənətkarların əl işlərinin satışının həyata keçirilməsi məqsədilə yaradılmış etno-butiklərin ən birincisi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində 2018-ci ilin Novruz bayramı ərəfəsində təşkil edilib. Məhz o zamandan İçərişəhər etno-butikində “ABAD” tərəfindən Novruz bayramının qeyd edilməsi bir ənənəyə çevrilib.
Hər il olduğu kimi bu il də interaktiv festivalda qonaqlara meydan tamaşaları, rəngarəng oyunlar (yumurta döyüşü, papaqqapdı və s.), qədim el sənətləri, xalq mahnıları və rəqsləri, Novruz şirniyyatları, eləcə də “ABAD”ın bir necə yenilikləri təqdim olunub.
Novruz falı və ustad dərsləri ilə yanaşı bu ilin yeniliklərindən biri olan dekorativ xoruz döyüşdürmə oyunu xüsusi marağa səbəb olub. Döyüşün qalıbləri isə “ABAD”dan suvenir hədiyyələr qazanıblar.