Baş nazir: “2040-cı ildə Azərbaycan əhalisinin sayı 12 milyon 500 min olacaq”
- 17.03.2023, 22:20,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan əhalisinin sayı 10 milyon 200 min nəfər təşkil edirsə, bu göstəricinin 2040-cı ildə 12 milyon 500 min olacağını hesablayırıq.
Bu fikirləri Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən təkliflərə cavab olaraq deyib.
Baş nazir bildirib ki, bu il sudan istifadə orta illik 21 milyard kubmetr təşkil edirsə, 2040-cı ildə sudan istifadədə 2,1 dəfə tələbat artaraq 44 milyard kubmetrdən artıq olacaq”.
“Fermerlərin acığına getməsin, amma sudan istifadə mədəniyyəti formalaşmalıdır. Sahələrin selləmə kimi sulanması vaxtı artıq bitdi. Sudan qənaətlə istifadə etmək lazımdır” - Ə.Əsədov əlavə edib.