Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atılıb
- 17.03.2023, 22:22,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.
LİVE.az-ın məlumatına görə, tədbir UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.
Püşkatma nəticəsində bu raundun cütləri müəyyənləşib.
Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olub. Bundan əlavə, yarımfinal və final mərhələsinin də püşkü atılıb.
Çempionlar Liqası
1/4 final
“Real Madrid” (İspaniya) - “Çelsi” (İngiltərə)
“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya)
“Mançester Siti” (İngiltərə) - “Bavariya” (Almaniya)
“Milan” (İtaliya) - “Napoli” (İtaliya)
Yarımfinal
1. "İnter" - "Benfika" / "Milan" - "Napoli"
2. "Real Madrid" - "Çelsi" / "Mançester Siti" - "Bavariya"
Final
2-ci cütün qalibi - 1-ci cütün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.