DGK sədri yeni sərhəd-buraxılış məntəqələrinin yaradılması məsələsini şərh edib
- 18.03.2023, 13:34,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Rusiya ilə yanaşı, digər ölkələrlə mövcud olan keçid məntəqələrinin inkişaf etdirməklə bütün sərhəd buraxılış məntəqələrində infrastruktur imkanlarının genişləndirilməsi üzərində işləyir.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.
Onun sözlərinə görə, ardıcıl olaraq mərhələlərlə bu layihələrin üzərində iş aparılır: "Bu sahələrdə müvafiq layihələr mövcuddur. Dövlət başçısı tərəfindən bu məsələyə xüsusi diqqət yetirilir ki, infrastrukturun modernləşdirilməsi ixrac potensialının artırılmasına, tranzit üçün əlverişli şəraitin yaradılmasına, ölkələr və qonşular arasında, o cümlədən də yüklərin axınına şərait yaradacaq".
Ş. Bağırov bildirib ki, Gürcüstanla da qarşılıqlı razılıq əsasında yeni keçid məntəqəsinin inşası nəzərdə tutulub: "Bu məsələ hələlik öz həllini tapmayıb, o nöqteyi-nəzərdən ki, layihələndirmə işləri aparılmalıdır və maliyyə məsələləri həllini tapmalıdır. Bu, zaman çəkəcək. Amma bununla bağlı müəyyən işlər aparılır".
Qeyd edək ki, Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 buraxılış məntəqəsi müəyyən edilib. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün dəmir yolunda “Böyük-Kəsik (Azərbaycan) - Qardabani (Gürcüstan), avtomobil yolunda - “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan), “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan). Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri “İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan), daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün piyadalar üçün avtomobil yolunda “Sadıxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan), mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün piyadalar üçün avtomobil yolunda “Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).
Tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vasitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
Report