Müflis olan “Silicon Valley Bank”ı hissə-hissə satılacaq


ABŞ-da müflis olan “Silicon Valley Bank”ına alıcı tapılmır və buna görə də tənzimləyicilər kredit təşkilatını hissə-hissə satmaq qərarına gəliblər.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, Federal Əmanətlərin Sığortalanması Korporasiyası bankı iki yerə bölmək niyyətindədir. Bildirilib ki, cümə gününə qədər tənzimləyici tərəfindən yaradılmış keçid bankına müraciətlər veriləcək.

ABŞ-da 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə böyük bank “Silicon Valley Bank” (SVB) müflis olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri