Eyyub Yaqubovun möhtəşəm  konserti baş tutdu

  


25 mart Heydər Əliyev sarayında "Big Band sound pro" -nun müşayiətilə  Respublikasının xalq artisti Eyyub Yaqubovun möhtəşəm  konserti baş tutdu.


LIVE.az xəbər verir ki, Big Bandin rəhbəri Eyyub Yaqubov, bədii rəhbəri isə Fuad Musayevsir. Konsertin repertuarı və səhnə quruluşu Fuad bəyə məxsusdur. 

Gecənin aparıcısı Əməkdar artist Elnur Kərimov olub.

Gözəl melodiyalar, sözlər və ifa səmimiyyəti Əyyub Yaqubova uzun illər yaradıcılığını müşayiət edən əsl xalq sevgisi və sadiq pərəstişkarları bəxş etmişdir.

Eyyub Yaqubovun yaradıcılığının pərəstişkarları sevimli sənətçinin həm köhnə hitlərindən, həm də yeni mahnılarından( "Balaxanı" və s.) həzz ala bildilər. 

Konsertdə Dövlət Televiziyasının solisti Fuad Musayevda sevilmiş və yeni mahnılarını təqdim edib. Onun Eyyub Yagubovla və Natavan Cəbizadə ilə oxuduğu yeni "Səni sevirəm" mahnısı hamının zövgünə oxşayıb.

Cavan Zeynallının səmimi ifalarıda konsertə xüsusi rəng qatıb.

Gözəl ifalardan yanaşı konsertdə maraqlı şou proqram , alovlu rəqslər təqdim olunub.

Gecənin kulminasiyasi isə Eyyub Yaqubovun "Marş" ifası olub.

Üç saat davam edən konsert anşlaqla başa çatıb.

Qeyd edək ki, Eyyub Yaqubov eyni konsert proqramı ilə bugündə Heydər Əliyev sarayında  çıxış edəcək.

Əlavə edək ki, konsert 15- 16 fevral planlaşdırılırdı, lakin qardaş ölkə Türkiyədə baş vermiş zəlzələdə vəfat etmiş soydaşlarımızın xatirəsinə hörmət əlaməti olaraq tarixi dəyişdirilmişdir. 









 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri