ABŞ institutu: "Vladimir Putin Qərbi qorxutmaq istəyir, Çin Rusiyaya xəbərdarlıq edib"
- 26.03.2023, 16:03,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiya Prezidenti Vladimir Putinin Belarusda nüvə silahının yerləşdirilməsi barədə elanı, çox güman, Qərbi qorxutmaq üçündür”.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Bildirilib ki, V.Putinin bu qərarı nüvə eskalasiyası riskinin artması kimi başa düşülməməlidir: “Kreml rəhbərinin hazırda nüvə silahından istifadəsi inandırıcı görünmür. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirib ki, Çin lideri Si Cinpinin Rusiyaya son səfəri bu ölkənin nüvə silahından istifadə etmə şansını azaldır. Çünki Si Cinpin bu barədə Putinə xəbərdarlıq edib”.
Məlumata görə, bir çox analitiklər Ukraynanın yaxın zamanlarda genişmiqyaslı əks-hücum əməliyyatına başlayacağını proqnozlaşdırır: “Rusiya Prezidentinin ritorikası onun da bunu gözlədiyini göstərir. Görünür, Kreml rəhbəri bu əks-hücumlarından qorxur”.
Qeyd edək ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb.
Report