Fatih Terim Türkiyə yığmasının baş məşqçisi postuna qayıdıb
- 22.08.2013, 18:12,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fatih Terimin Türkiyə millisinin baş məşqçisi postuna qayıdışı reallaşır. APA-nın məlumatına görə, “Qalatasaray”ın çalışdırıcısı ilə prezidenti Ünal Aysal arasında bazalarında az öncə keçirilən görüşdən sonra bu barədə razılıq əldə olunub.
Belə ki, böyük maraqla gözlənilən bu görüşdən sonra Aysal açıqlama verib: “Terimə 2014-cü il dünya çempionatının seçmə mərhələsində qalan 4 oyunda yığmamızı çalışdırmağa icazə verdik. O istərsə də, may ayına kimi qədər federasiyaya hər cür dəstək verə bilər”.
Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən Abdullah Avçının istefasından sonra bu posta 1 nömrəli namizəd olan Terimi bu gün səhər yeməyinə dəvət edib. Onun evinə gedən “İmperator” ləqəbli mütəxəssisin federasiya başçısı ilə 1 saatlıq 45 dəqiqəlik söhbəti olub. Özü də Dəmirörən Aysalla telefon əlaqəsi yaradaq, görüşlə bağlı icazə istəyib və buna müsbət cavab alıb.
TFF prezidentinin Terimə 4 illik müqavilə təklif etdiyi bildirilir. Çalışdırıcının isə buna cavabı belə olub: “Ünal bəylə danışın. Onun verəcəyi razılığa görə mən də qərarımı verəcəyəm”.
Tərəflər görüşdən sonra toplantılara gedib. Belə ki, Terim Aysalla görüşübsə, Dəmirörən vəziyyəti dəyərləndirmək üçün İcraiyyə Komitəsini toplayıb.