Martın 18-dən Şuşa şəhərinə turist səfərlərinə start verilir.
Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva mediaya açıqlamasında bildirib ki, Şuşa şəhərinə turlar 2022-ci ilin noyabrın 2-də Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərinə turist səfərlərinin təşkilində əməkdaşlıq üçün turoperatorlar arasında elan edilən müsabiqənin qalibi “Summer Tour Azerbaijan” şirkəti tərəfindən təşkil olunur.
Turagentlər qeyd olunan turoperatorla müqavilə bağlayaraq turist səfərlərinin satışını həyata keçirir.
“Summer Tour Azerbaijan” isə birbaşa vətəndaşlara satış xidmətini həyata keçirmir. Turlar üçün 40 nəfərlik avtobuslar ayrılıb və turistlərin Şuşada "Qarabağ" və "Xarıbülbül" hotellərində gecələmələri nəzərdə tutulub.
Qeyd edək ki, layihə “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir.
Turist səfərləri mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur.
2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.
Bu səfərləri təşkil edən tur operatorlardan biri "PİN Travel" turizm şirkətidir.
Şirkətin direktoru Lalə Paşayeva turla bağlı APA-ya açıqlama verib. O bildirib ki, "PİN Travel" müştərilərinə Şuşaya səfər çərçivəsində 1 gecə 2 gün və 2 gecə 3 günlük tur paket təqdim edir. Bir gecəlik paketin qiyməti 181 manat, 2 gecəlik paketin qiyməti isə 305 manatdır.
"PİN Travel"in Şuşaya səfərlə əlaqədar tur paketinin proqramı isə aşağıdakı kimidir:
2 GECƏLİK
I Gün
06:00 – Bakıda öncədən təyin olunmuş məkanda toplanmaq.
08:00 – Salyan yolu üzərində yerləşən “Hacıoğlu” dayanacağında 40 dəqiqəlik asudə vaxt.(Səhər yeməyi)
11:00 – Avtobuslar ilə Füzuli şəhərinin mərkəzinə yola düşmək və mərkəzindəki şəhər dağıntıları ilə tanışlıq.
11:30 – İlk şəhid abidəsini ziyarət.
11:50 – Füzulidən Şuşaya yola düşmək.
13:10 – Hotelə yerləşmə.
13:30 – Şuşada hoteldə nahar yeməyi.
14:30 – Hotelin qarşısına toplaşıb “Cıdır” düzünə avtobusla yola düşmək (avtobus “8 Noyabr” plakatının qarşısında dayanır və Cıdıra 5 dəqiqə piyada gedilir, çünki Cıdırın qapısına qədər yalnız minik avtomobilləri gedə bilir).
14:40 – Cıdıra piyada keçid.
Cıdır düzündə sağ orta istiqamətli gəzinti (sol tərəfdə gəzmək qadağandır).
15:30 – Cıdır düzü turundan sonra hotelə yola düşmə.
Yolüstü supermarketdə bazarlıq imkanı.
16:00 – Asudə vaxt.
19:00 – Şam yeməyi.
Gecələmə.
Qeyd: 22:00-dan 06:00-a qədər komendant saatı tətbiq olunur.
II Gün
10:00 – Səhər yeməyi (gecələmə hotelinə uyğun olaraq).
11:00 – Hotelin qarşısına toplaşıb “Vaqif” məqbərəsinə avtobusla yola düşmək.
11:10 – Məqbərə ilə tanışlıq.
11:30 – Mehmandarovun evinə piyada keçid (təmirə bağlı olduğundan, baxış keçirə bilmərik, lakin Novruza qədər açılacaqdır).
11:40 – Mehmandarovun evi ilə tanışlıq.
13:05 – Avtobusla məqbərədən Bülbülün ev muzeyinə keçid.
Avtobus ev muzeyinin qarşısındakı “Çuxur” məhəllə meydançasında dayanır, muzeyə piyada keçid.
13:15 – Ev muzeyində tur.
13:50 – Nahar yeməyi.
14:50 – Muzeydən “Yuxarı Gövhər Ağa” məscidinə avtobusla keçid.
Məscid qarşısında fotosessiya və bələdçi mətni (təmirdə olduğundan interyerini görmək mümkün deyil).
15:10 – Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu ilə tanışlıq.
1.30 saatlıq asudə vaxt, sərbəst gəzinti.
16:00 – “Gəncə” qapıları önündə toplaşma.
Hotelə dönüş.
19:00 – Şam yeməyi.
Gecələmə
III Gün
10:00 – Səhər yeməyi.
11:00 – Hoteldən “Güllələnmiş Heykəllər” meydançasına avtobusla keçid.
11:10 – Heykəllər, AR Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin inzibati binası ilə tanışlıq.
11:30 – Heykəllər meydançasından Şuşa qalasına piyada keçid.
11:40 – Qalanın yuxarı qapısından Üzeyir Hacıbəylinin büstünə piyada keçid.
11:55 – Meydançadan “Qazançı” Kilsəsinə avtobusla keçid.
“Qazançı” kilsəsi ilə tanışlıq (təmirdədir, interyer tanışlığa daxil deyil).
Şuşa “Realnıy” Məktəbinə avtobusla keçid.
12:30 – Bakıya dönüş.
1 GECƏLİK
I Gün
06:00 – Bakıda öncədən təyin olunmuş məkanda toplanmaq.
08:00 – Salyan yolu üzərində yerləşən “Hacıoğlu” dayanacağında 40 dəqiqəlik asudə vaxt (Səhər yeməyi).
11:00 – Avtobuslar ilə Füzuli şəhərinin mərkəzinə yola düşmək və mərkəzindəki şəhər dağıntıları ilə tanışlıq (Təməlqoyma).
11:30 – İlk şəhid abidəsini ziyarət.
11:50 – Füzulidən Şuşaya yola düşmək (80 km).
13:10 – Şuşa şəhərinə giriş.
13:20 – Şuşada hoteldə yerləşmə.
13:50 – Hoteldə nahar yeməyi.
14:50 – Hotelin qarşısına toplaşıb “Cıdır” düzünə avtobusla yola düşmək (avtobus “8 Noyabr” plakatının qarşısında dayanır və Cıdıra 5 dəqiqə piyada gedilir, çünki Cıdırın qapısına qədər yalnız minik avtomobilləri gedə bilir).
15:00 – Cıdıra piyada keçid.
Cıdır düzündə sağ orta istiqamətli gəzinti (sol tərəfdə gəzmək qadağandır).
15:30 – Cıdır düzü turundan sonra hotelə yola düşmə.
15:40 – Yolüstü supermarketdə bazarlıq imkanı.
Asudə vaxt.
19:00 – Şam yeməyi.
Gecələmə.
Qeyd: 22:00-dan 06:00-a qədər komendant saatı tətbiq olunur.
II Gün
10:00 – Səhər yeməyi (gecələmə hotelinə uyğun olaraq).
11:00 – Hotelin qarşısına toplaşıb “Vaqif” məqbərəsinə avtobusla yola düşmək.
11:05 – Məqbərə ilə tanışlıq.
11:25 – Mehmandarovun evinə piyada keçid (təmirə bağlı olduğundan, baxış keçirə bilmərik, lakin Novruza qədər açılacaqdır).
11:35 – Mehmandarovun evi ilə tanışlıq.
11:45 – Avtobusla məqbərədən Bülbülün ev muzeyinə keçid.
11:50 – Avtobus ev muzeyinin qarşısındakı “Çuxur” məhəllə meydançasında dayanır, muzeyə piyada keçid.
Ev muzeyində tur.
12:20 – Muzeydən avtobus olan meydançaya piyada keçid.
12:25 – Muzeydən “Yuxarı Gövhər Ağa” məscidinə avtobusla keçid.
Məscid qarşısında fotosessiya və bələdçi mətni (təmirdə olduğundan interyerini görmək mümkün deyil).
12:35 – Məsciddən “Güllələnmiş Heykəllər” meydançasına piyada keçid.
Heykəllər, AR Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin inzibati binası ilə tanışlıq.
12:45 – Heykəllər meydançasından Şuşa qalasına piyada keçid.
Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu ilə tanışlıq.
13:10 – Qalanın yuxarı qapısından Üzeyir Hacıbəylinin büstünə piyada keçid.
13:15 – Meydançadan “Qazançı” Kilsəsinə avtobusla keçid.
“Qazançı” kilsəsi ilə tanışlıq (təmirdədir, interyer tanışlığa daxil deyil).
Şuşa “Realnıy” Məktəbinə avtobusla keçid.
Məktəb ilə tanışlıq (üzərindəki saxtalaşdırılmış obyektin tarixini erməniləşdirən yazı həll edilməlidir).
13:30 – Bakıya dönüş.
15:15 – Füzuli şəhəri üzərindəki “Sultan” restoranında 45 dəqiqəlik fasilə.
16:00 – Füzuli-Bakı.
Qeyd edək ki, ətraflı məlumat üçün info@pintravel.az ünvanına müraciət etmək və ya +99477 235 33 55 telefonu ilə əlaqə saxlamaq olar.