Azərbaycana yaşı 10 ildən çox olan minik avtomobillərinin gətirilməsi dayandırılır
- 29.03.2023, 21:09,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabineti istismar olunan minik avtomobillərinin Azərbaycanın gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında qərar qəbul edib.
Live.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.