TBMM Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini qəbul edib


Finlandiyanın NATO-ya üzvlük protokolunun təsdiqi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında qəbul edilib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Qeyd edək ki, İsveç və Finlandiya bir neçə ay əvvəl NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Türkiyə onların quruma üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, İsveç rəsmi Ankaranın tələblərini yerinə yetirməsə, NATO-ya üzvlüyü ratifikasiya edilməyəcək. O, deyib ki, Türkiyənin hələ də İsveçdən bəzi gözləntiləri var və onlar yerinə yetirilməyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri