Fitch: 2022-ci ildə Azərbaycanın qeyri-neft ÜDM artımı 9,1% təşkil edib
- 01.04.2023, 12:31,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2022-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımı 9,1% təşkil edib, neft hasilatının 5,6% azalması nəticəsində neft ÜDM-i isə 2,7% azalıb ki, bu da qaz hasilatının 7,3% artması ilə qismən kompensasiya edilib.
Bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Bununla yanaşı, agentlik 2023-2024-cü illərdə Azərbaycanın ÜDM artımını ildə orta hesabla 2,1% proqnozlaşdırır.
2022-ci ildə ümumi dövlət büdcəsinin profisiti gəlirlərdəki 27% artım fonunda 2 faiz bəndi artaraq 6%-ə çatıb.