5 aprel Kuzey Kıbrıs Türk Cumhuriyetinin Bakı nümayəndəliyi azərbaycan mətbuatı ücün turizmla bağlı mətbuat konfransı keçirtdi.
Konfransda ŞKTC-nin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç çıxış etdi.
Müşavir bildirib ki, 44 günlük Vətən müharibəsindəki böyük qələbədən sonra Azərbaycan xalqının sevincini qəlblərində hiss ediblər:
"Üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir. Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik. Pandemiyadan öncə 2019-cu ildə ŞKTC-yə cəmi 6 min nəfər səfər edib. Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, bu çox kiçik bir rəqəmdir".
“Hesab edirəm ki, ŞKTC-də hər təbəqədən insanın istirahət etməsi üçün imkanlar var. Eyni zamanda 19 apreldən yenidən ŞKTC-nə səfərlər bərpa olunacaq və biletlərin qiymətinin daha münasib olması nəzərdə tutulur" -, S. Aktunç vurğulayıb.
Şimali Kiprdan qısa məlumat:
Şimali Kipr Türk Respublikası (Kuzey Kıbrıs) Kipr adasının şimalında yerləşən dövlətdi.
Coğrafi Yerləşmə: Orta Şərq, Ağ Dənizin Şimal Hissəsi
Ərazisi: 3,355 km² (Bütün Sahə 9,250 km²)
Əhalisi: 294,906(2013)
Paytaxtı: Lefkoşa (Şimali Nikosiya).
Şəhərlər: Lefkoşa, Girne, Mağusa, Güzelyurt, İskele, Lefke
Pul vahidi: Türk Lirası
Rəsmi dili: Türkçə. İngilis dili sıx olaraq istifadə olunur.
Dini: %99 Müsəlman
İqlim : Tipik Ağ Dəniz İqlimi.Qış aylarında ilıq keçən gündüzləri ümumiyyətlə sərin axşamlar izləyir. Yay aylarında isə havalar Türkiyənin cənub sahilləri kimi isti olur. Yaz və payız fəsilləri Kipri ziyarət etmək üçün ən gözəl zamanlardır.
Kiprdə nəqliyyat: Ümumiyyətlə taksi ilə təmin edilir. Taksilərdə taksimetr tətbiq edilir. Şəhərlər arası nəqliyyat raf şəklində avtobus və servislərlə edilir. Adada çox müxtəlif marka vasitələrlə avtomobil kiralama olduqda yayılıb.
Rəsmi pul vahidi- Yeni Türk Lirəsidir. Euro, İngiliz sterlini, Amerikan Dolları başda olmaq üzrə digər pul vahidləri də istifadə olunur.
Başlıca Görüləcək tarixi və turistik mərkəzlər:
Lefkoşa – Venedik Sütunu, Girne Qapısı, Selimiye Məscidi, Yeşil Hat.
Girne – Eski Liman, Girne Qalası, Bellapais Manastırı, St. Hilarion Qalası.
Mağusa – St. Barnabas Manastırı, Kertikli Hamamı, Namık Kemal Muzeyi,
Salamis Harabeleri, othello qalası, Lala Mustafa Paşa Məscidi, Karpaz