İnklüziv təfəkkür və davranışın təşviqi mövzusunda seminar keçiriləcək



İnklüzivlik ekologiyaya bənzəyir. Ekologiya təbiət və ətraf mühitlə bağlı olsa da, inklüzivlik insanların ünsiyyətində toksikliyin aradan qaldırılması barədədir.

Təhsilverənlərin məlumatlılığını artırmaq məqsədilə Ukraynadan olan “Biasless” qeyri-hökumət təşkilatı və “Azerbaijan Business Women” təşkilatı Sizi inklüziv cəmiyyətdə toksikliyin aradan qaldırılması mövzusunda interaktiv seminara dəvət edir.

İştirakçıların təfəkküründə və hərəkətlərində davranış dəyişikliyini gücləndirmək məqsədilə seminarda müxtəliflik, inklüzivlik, qərəzlər, stereotiplər, ayrı-seçkilik və müttəfiqlik kimi mövzular təhlil olunacaq və izah ediləcək.

Seminar çərçivəsində aşağıdakı mövzular əhatə olunacaq:

•Müxtəliflik nədir və niyə önəmlidir?
•Niyə inklüzivlik əlilliyi olan insanlara aid deyil?
•Bilik çatışmazlığı necə ayrı-seçkiliyə çevrilir
•Hazırda ayrı-seçkiliyin hansı növləri və formaları daha geniş yayılmışdır və niyə?
•Cəmiyyətimizdə qərəz və ayrı-seçkilik davranışlarını necə aradan qaldırmaq olar?
•Müttəfiq kimdir və niyə müttəfiq olmağa dəyər?

Tədbir 10 aprel 2023-cü il tarixində keçiriləcək və saat 14:00-da başlayacaq.

Seminarda iştirak ödənişsizdir və iştirak üçün sadəcə keçid vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Seminar Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı birlikdə” proqramı çərçivəsində təşkil edilir.

Seminar “Nomoregringe: “powerbank”” gender qərəzliliyinin aradan qaldırılması üzrə təbliğat və maarifləndirmə kampaniyasının bir hissəsidir. Sözügedən kampaniya yeniyetmələri tolerantlığı qəbul etməyə, ayrı-seçkilik və digər zorakı və zərərli münasibət və davranışların qarşısını almağa sövq edir; kampaniyaya qoşulanlar “Telegram” platformasında 21 gün ərzində interaktiv tapşırıqları yerinə yetirərək qeyd olunan mövzularda nəzəri biliklər əldə edəcəklər.


Şərhlər