Blinken: "Çin ikili siyasət yürüdür"
- 08.04.2023, 11:57,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Çin ikili siyasət yürüdür".
Bunu ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
Onun sözlərinə görə, Pekin bir tərəfdən özünü sülhməramlı kimi nümayiş etdirir, digər tərəfdən isə Rusiya təbliğatını aparır.
Blinken qeyd edib ki, Çinin Rusiya ilə yaxın münasibətləri var.
"Mən şişirtmək istəmirəm, lakin onların müəyyən təsir rıçaqları var. Rusiya Çindən daha çox asılıdır. O, bu münasibətlərdə kiçik tərəfdaşdır. Ümid edirik ki, Çin Rusiya üzərindəki səsindən və təsir rıçaqlarından istifadə edəcək", - Dövlət katibi vurğulayıb.
Report