Ərdoğan: "Türkiyə Ukraynadakı münaqişənin tezliklə dayandırılması üçün səy göstərir"


Türkiyə Ukraynadakı münaqişənin tezliklə sona çatması üçün səy göstərir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsində deyib.

Türkiyə lideri bildirib ki, Ankara bu istiqamətdə danışıqları davam etdirir:

"Biz balanslaşdırılmış siyasət yeritməklə Ukraynadakı müharibənin genişlənməsinin və öz qığılcımını ölkəmizə yaymasının qarşısını ala bildik. Bundan əlavə, atdığımız əlavə addımlar sayəsində insanların həyatını xilas etdik. Biz qan tökülməsini dayandırmaq, Rusiya ilə Ukrayna arasında münaqişəni həll etmək üçün danışıqları davam etdiririk”, - Ərdoğan vurğulayıb.




Report
Şərhlər
Dünya bölməsinin xəbərləri