Kasım-Jomart Tokayev: “Azərbaycanla ticarət dövriyyəmiz 1 milyard dollara çatdırıla bilər”


“Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsinin dəyərini 1 milyard ABŞ dollarına çatdırmaq üçün ciddi potensiala malikdirlər”.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə keçirilən danışıqlar zamanı bildirib.

“Ötən il ticarət dövriyyəsinin dəyəri 40 % artaraq yarım milyard dollara çatıb. Hesab edirəm ki, bu, mühüm nəticədir. Əminəm ki, iqtisadi potensialımız tam açıldıqca biz bu rəqəmi 1 milyard dollara çatdıra biləcəyik. Bunun üçün energetika, nəqliyyat, logistika, informasiya texnologiyaları, kənd təsərrüfatı, sənaye və digər sahələrdə ciddi ehtiyatlarımız var”, - deyə o qeyd edib.




Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri