Prezident yeni kənd təsərrüfatı naziri təyin edib

Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, M.Məmmədov 1983-cü ildə Bakıda anadan olub, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə Pakistanın Lahor Universitetində Biznesin idarə edilməsi üzrə magistr təhsili alıb, 2017-ci ildə ABŞ-da aqrobiznes üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub.

O, “Modern Group of Companies”, “PMD Group”, “Agro Food Investments” MMC-lərdə rəhbər vəzifələrdə işləyib.



Şərhlər
Siyasət bölməsinin xəbərləri